Suraxanı sakinin evində marixuana aşkarlandı

 16:49 08.08.2020     813

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a bildiriblər ki, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Yaxşıyevin evinə baxış zamanı oradan 4 kiloqram 757 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu rayon polis idarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.