Polis tanınmış bloqeri saxladı - 100 manat cərimə edilib

 16:16 08.08.2020     2042

Bu gün Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində etiraz aksiyası keçirilib.

Redaktor.az xəbər verir ki, aksiyaya səbəb qəsəbəyə içməli suyun verilməməsi olub.

Tanınmış jurnalist-bloger Bahadur Seyidov həmin aksiyanı sosial şəbəkələrdə canlı yayımladığı üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və cərimə olunduğunu bildirib. 

Məsələ ilə bağlı saytımıza açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü, polkovnik Ehsan Zahidov faktı təsdiqləyib.

“Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində içməli suyun olmaması səbəbi ilə bir qrup şəxs ehtiraz aksiyasına cəhd edib. Aksiyanın qarşısı rayon polis idarəsi tərəfindən alınıb.

Hadisə zamanı adı çəkilən jurnalist Bahadur Seyidovun karantin qaydalarını pozaraq insanların sıx toplaşdığı yerdə maska taxmadığı aşkarlanıb və müvafiq qaydada cərimə olunub. Karantin qaydalarına əməl etmək hər bir şəxsin, eləcədə jurnalistlərin borcudur”.

Mahir Xəttab \ Redaktor.az