Cəlilabadda baş verən yanğın söndürülüb

 18:20 08.08.2020     528

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a bildiriblər ki, hadisə nəticəsində 7 hektar sahədə kol-kos yanıb. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.

Alovun qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.