Samuxda minik maşını aşıb, sürücü xəsarət alıb

 20:37 08.08.2020     549

Samux rayonunda yol qəzası baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //APA