Əli Əsədov: “Sanitar qaydalara ciddi əməl olunmalıdır”

 19:39 08.08.2020     650

“İqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir”.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar keçirilən respublika videomüşavirəsində Baş Nazir Əli Əsədov deyib.

Ə. Əsədov qeyd edib ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.