Motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

 22:23 08.08.2020     393

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

Redaktor.az xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib. Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA