Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

 23:34 08.08.2020     592

Avqustun 8-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 779 min 508-ə çatıb.

Bu barədə Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2937-yə bərabərdir. Xəstələrdən 259 nəfəri reanimasiyadadır ki, onlardan da 59-u süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 8-də Azərbaycanda koronavirus infeksiyasına daha 105 yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.