Xəzər dənizində zəlzələ olub

 10:32 09.08.2020     531

Avqustun 9-da Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a  bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:43-də qeydə alınıb.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.