İmişlidə yol qəzası olub, xəsarət alanlar var

 14:57 09.08.2020     524

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə səhər saat 8 radələrində İmişli-Biləsuvar avtomobil yolunun 1-ci kilometrliyində, Xubyarlı kəndində qeydə alınıb.

İmişli rayonunun Çaxırlı kənd sakini, 1991-ci il təvəllüdlü İsayev Umud Firudin oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb.

Hadisə nəticəsində sərnişinlər – 1988-ci il təvəllüdlü Rəhimov Miradəm Miraslan oğlu və 1984-cü il təvəllüdlü İsayev Zamiq Çingiz oğlu xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report