Sabirabadın icra başçısının müavinini avtomobil vurdu

 22:36 09.08.2020     554

Sabirabadda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki,  hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil Sabirabad rayon İcra Hakmiyyəti başçısının 2-ci müavini Vahid Həsənovu vurub. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.//Report