Bakıda motosikletçi qəza törətdi, xəsarət alan var

 23:12 09.08.2020     490

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

1997-ci il təvəllüdlü Mikayılov Mikayıl Mirzəbala oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton səkiyə çırpılıb. Hadisə zamanı M.Mikayılov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.//Report