Yevlaxda gənc Kür çayında boğulub

 23:34 09.08.2020     527

Yevlax şəhəri ərazisində - Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib. 

Redaktor.az xəbər verir ki,  1996-cı il təvəllüdlü Sahib Şəhriyar oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə boğulub. 

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb edilib.//Apa