Ağsuda 3,1 bal gücündə zəlzələ olub

 00:33 10.08.2020     405

Azərbaycanda 3,1 maqnitudada zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:43-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.