Bakıda gənc qaynı tərəfindən bıçaqlanıb

 07:40 10.08.2020     705

Bakının Xəzər rayonunda qohumlar arasında dava düşüb.

Redaktor.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əliyev Nahid Məhəbbət oğlu qaynı ilə dava zamanı bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxs Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.//APA