Bu gündən rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ

 09:18 10.08.2020     1585

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə giriş-çıxış qaydaları müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxış aşağıdakı qaydalara uyğun olaraq həyata keçiriləcək:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Bu gündən fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

 09:44 10.08.2020     1814

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən bəzi səhalərin fəaliyyətinə icazə verilib.

Redaktor.az xəbər verir ki, bunlar aşağıdakılardır:

– Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

– maşın və avadanlıqların istehsalı;

– elektrik avadanlıqlarının istehsalı;

– kompüter, elektron və optik məhsulların istehsalı;

– avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

– sair nəqliyyat vasitələrinin istehsalı;

– poliqrafiya məhsullarının istehsalı;

– zərgərlik məmulatlarının istehsalı;

– musiqi alətləri, idman mallarının istehsalı;

– geyim istehsalı;

– toxuculuq sənayesi;

– ayaqqabıların istehsalı;

– dəri və dəri məmulatlarının istehsalı;

– tütün məmulatlarının istehsalı;

– sair sənaye məhsullarının istehsalı.