Tanınmış aparıcıya vəzifə verildi - SON DƏQİQƏ

 12:02 11.08.2020     737

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə tanınmış aparıcı Murad Həşimov təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

M. Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı olub.

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.