Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək olacaq - AÇIQLAMA

 12:52 12.08.2020     3315

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərlərində pasporta ehtiyac olmadığını, səyahət üçün  şəxsiyyət vəsiqəsinin kifayət etməsi ilə bağlı təklif irəli sürüb.  

Mövlud Çavuşoğlu bu təklifi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdə səsləndirib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa bu təklifi yüksək qiymətləndirdiyini bildirib:

“Bu təklif vizasız gediş-gəlişdən sonra növbəti önəmli addımdır. Bu təklifə görə Mövlud bəyə böyük təşəkkür düşür. Onun iki qardaş ölkənin münasibətlərinin daha da dərinləşməsində əvəssiz rolu var. Hesab edirəm ki, bu təklifi dəstəkləmək və həyata keçirmək lazımdır. Çünki bu addımın atılması hər iki ölkənin vətəndaşlarının xeyrinə olar”.

Mahir Xəttab \ Redaktor.az