İntiqam Hümbətov işdən çıxarıldı

 11:19 12.08.2020     957

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə İntiqam Hümbətov özünün feysbuk hesabında məlumat yayıb. O, bu gündən etibarən Mədəniyyət Nazirliyindəki fəaliyyətini başa vurduğunu bildirib:

"İnanıram ki, möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyəti bundan sonra daha da inkişaf edəcək, dünyada daha geniş miqyasda təbliğ və təqdim olunacaq. Bu işdə Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə uğurlar arzulayıram. Arxada qalan illər mənə çalışdığım sahədə təcrübə, səriştə qazandırmaqla bərabər, daim təmasda olduğum media sahəsində çoxlu dostlar, dəyərli həmkarlar da bəxş edib. Onların də hər birinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımı bildirir və işlərində nailiyyətlər arzu edirəm".

Mahir Xəttab \ Redaktor.az