DİQQƏT: Çimərliklər yenidən bağlana bilər - AÇIQLAMA

 18:27 12.08.2020     745

“Əgər vətəndaşlar çimərliklərdə karantin qaydalarına əməl etməsə, çimərliklərin yenidən bağlanmasına qərar verilə bilər”.

Bu sözləri Redaktor.az -a millət vəkili Aydın Mirzəzadə çimərliklərin yenidən bağlanması haqqında danışarkən deyib. O, vətəndaşları maksimum şəkildə diqqətli olmağa çağırıb:

“Çimərliklərin bağlanmasının istəmərik, çünki insanlar səbirsizliklə dəniz mövsümünü gözləyirdi. Vətəndaşları dənizdən məhrum etmək doğru deyil. Amma unutmamalıyıq ki, koronavirus bəlası hələlik ölkəmizi tərk etməyib. Biz bu xəstəliklə yaşamağa məcburuq. Əgər ortada məcburiyyət varsa, mütləq şəkildə qaydalara əməl olunmalıdır, əks halda yoluxma artacaq və ölkəmizdə sərt karantin rejimi yenidən tətbiq olunacaq. Bu, hər birimiz üçün çətin olacaq. Hamımız qaydalara əməl edək, özümüzü və ətrafımızı qoruyaq. Birimizin qaydaları pozması, onlarla insanın həyatını təhlükəyə ata bilər”.

Mahir Xəttab \ Redaktor.az