İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz - TƏBİB
Azərbaycan hazırda peyvənd istehsalı ilə məşğul olan şirkət və beynəlxalq təşkilatlarla danışıqlar aparır.
Redaktor.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, peyvəndin istehsalı asan deyil: "Bu bir məsuliyyətdir. İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz. Bizim üçün peyvəndin hazırlanması əsas deyil, həmin peyvəndin necə təsiridir. Peyvənd xəstəliyi sağaltmaqla yanaşı immunitet yaratmalıdır. Ona görə də bu prosesin tez bir zamanda əldə olunması mümkün deyil".