Karantin cəriməsini ödəməyən vətəndaşların nəzərinə!

 21:44 21.08.2020     893

Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.

Redaktor.az xəbər verir ki, bu məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev münasibət bildirib. O qeyd edib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər:

"Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər".

Kamran Əliyevin sözlərinə görə, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni ''tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir. Kamran Əliyev bildirdi ki, heç kəs məsuliyyətdən azad oluna bilməyəcək.

Qurum rəsmisi onu da qeyd etdi ki, əgər həmin şəxslər 3 ay müddətində də cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.

Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər.

Bakıda köhnə bina çəkiliş zamanı uçdu - VİDEO

 05:20 22.08.2020     1605

Paytaxtımızda gündən-günə ucalan çoxmərtəbəli, modern binalarla yanaşı, qəzalı vəziyyətdə olan tikililər də az deyil. 

Redaktor.az xəbər verir ki, NZS qəsəbəsində yerləşən, təxminən bir əsrə qədər yaşı olan, uçub-tökülən bina barəsində heç bir aidiyyəti qurum müvafiq tədbir görmür.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın qəzalı olmasından məlumatları var və bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. //Baku TV

Həyatda olan azərbaycanlı “qanuni oğrular” - SİYAHI

 01:18 22.08.2020     2140

Avqustun 20-da Türkiyənin Antalya şəhərində azərbaycanlı kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli)" yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.

 N. Səlifovun ölümündən sonra məşhur "Primecrime.ru" saytı həyatda olan azərbaycanlı “qanuni oğruların”  siyahısını dərc edib.

1. Ağacanov Etibar (1959)

2. Ağayev Çingiz (1957)

3. Əliyev İlqar “Dmanisski” (1977)

4. Əliyev Rafiq (1953)

5. Əliyev Eldar “Ates” (1950)

6. Əliyev Yusif  “Şamxorski” (1971)

7. Əmirov Rafet “Əlibayramlinski” (1979)

8. Əmirov Yuriy “ƏMİR” (1955)

9. Əskərov Ceyhun “Gəncinski” (1975)

10. Əhmədov Elman “Siyəzən Elman” (1968)

11. Əhmədov Emin “Haciqabulski” (1982)

12. Aşumov Qleb “Kineşemski” (1982)

13. Balayev Aslan “Qatran Derbendski” (1958)

14. Heydərov Əli “Albert Rıjıy” (1981)

15. Valeh Hüseynov “Babulya” (1951)

16. Güləliyev Vaqif  “Şamaxinski” (1944)

17. Dağlıyev Taleh “Tolik Naqinskiy” (1983)

18. Cəfərov Eyyub “Xatabıç” (1963)

19. Cəfərov Vaqif  “Malıy” (1963)

20. Zeynalabdiyev Asif  “Bakinskiy” (1969)

21. Zeynalov Akif “ Bakinets” (1963)

22. İbrahimov İsa (1956)

23. İsmayılov Nazim (1953)

24. İsmayılov Rəşad “Gəncinski” (1978)

25. Karabaqarov Əlixan (1959)

26. Kərimov Eldar (1957)

27. Məmmədov Abdulla “Abulik” (1959)

28. Məmmədov Cavid  “DATO Aqdjebedinski”  (1985)

29. Məmmədov Nemət “Yaşa Bakinski” (1954)

30. Mahmudov Zülfüqar (1954)

31. Mehdiyev Arif “Sumqayitski” (1961)

32. Eyvazov Rafik “Masallinski” (1982)