Adil Əliyev: Onlar bilərəkdən qaydaları pozurlar - Qalmaqqalı toy...

 12:18 22.08.2020     851

“Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırıb. Bu, koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev Feysbuk hesabında qeyd edib. O, bəzi səlahiyyətli şəxslərin sərt karantin rejiminə əməl etmək istəməmələrinə təəssüfləndiyini bildirib:

“Bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın”.

Qeyd edək ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq millət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.

Mahir Xəttab \ Redaktor.az