Yoluxmanın artması ölüm sayını artıracaqmı? - Həkimdən AÇIQLAMA

 16:07 24.08.2020     1259

"Hazırda əsas məsələ koronavirusa yoluxma sayının artmasından daha çox virusdan ölənlərin sayını nəzarətdə saxlamaqdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib. 

“Demək olar ki, bütün dünyada karantin qaydalarında müəyyən yumşaldılmalar həyata keçirilir. Əlbəttə ki, hissə-hissə ölkəmizdə də yumşaldılmalar tətbiq edilir. Təbii olaraq, yumşaldılma olduqca da yoluxma sayında artım olur. Bu, bütün dünyada belədir. Bəllidir ki, sərt karantin qaydaları uzun müddət davam edə bilməz. Bu baxımdan yoluxma sayından çox, ölüm sayına nəzarət etməyi daha doğru hesab edirəm. Çünki əgər yoluxma sayı ilə yanaşı ölüm sayı da artarsa, bu zaman vəziyyət daha da ağırlaşar. Lakin dediyim kimi, əgər ölüm sayı nəzarətdə saxlanılsa, virusla mübarizədə daha yaxşı nəticələr əldə edə bilərik.  yoluxma sayı ilə yanaşı”, - deyə V. İsmayıl qeyd edib. 

Mahir Xəttab \ Redaktor.az