SON DƏQİQƏ: Qobustanda mikroavtobus aşdı - 1 ölü, 2 yaralı var

 17:55 24.08.2020     776

Qobustan rayonu ərazisində yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Mərəzə qəsəbəsi ərazisində baş verib. Bakıdan Zaqatalaya gedən "Mercedes Vito" markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılaraq aşıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə ağır xəasrət alıb. Xəsarət alanlar Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar Zaqatala rayon sakinləridir.

Məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraiti olub. Güclü yağış nəticəsində yol sürüşkən olduğundan sürücü dönmə əməliyyatını düzgün aparmadığından idarəetməni itirərək aşıb.

Faktla bağlı araşdırma aparılır.