Bakıda motosikletçini mikroavtobus vurub

 23:42 24.08.2020     364

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə metronun "Əhmədli" stansiyasının yaxınlığında qeydə alınıb.

21 yaşlı Fərəcov Orxan Nəriman oğlu idarə etdiyi motosikletlə yol hərəkəti qaydalarına zidd olaraq "Dönmək qadağandır" nişanının tələbini pozub. Bu zaman onu "Mercedes" markalı mikroavtobus vurub. Qəza nəticəsində motosikletin sürücüsü O.Fərəcov ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.