Bakıda mənzildən meyit tapılıb

 09:06 25.08.2020     579

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Redaktor.az-a verilən xəbər görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Həsənov Natiq Kərim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.