Şamaxıda körpə doğuş zamanı ölüb

 09:21 25.08.2020     461

Şamaxı rayonunda körpə doğuş zamanı ölüb.

Redaktor.az-ın xəbərinə görə, Şamaxı şəhər sakini, 2001-ci il təvəllüdlü Zərbəliyeva Lamiyə Araz qızı bu gün gecə saat 04:30 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində təbii doğuş yolu ilə qız övladını dünyaya gətirib. Qadının atası, Qobustan rayon sakini Araz Rüstəmov bildirib ki, Lamiyənin hamiləlik dövründə problemi olmayıb, lakin, doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər. O, hazırda ananın vəziyyətinin orta-ağır olduğunu deyib.

Həkim Nəzakət Abdurracaqova bildirib ki, doğuşdan əvvəl ana və uşağın vəziyyəti normal olub, lakin, doğuş zamanı qəflətən uşağın vəziyyəti pisləşib, lazımi tədbirlər görülsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə yaxşıdır.

Hazırda ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, Lamiyə Zərbəliyeva ötən ilə Qobustandan Şamaxıya gəlin gəlib. Bu onun ilk hamiləliyi olub. //APA