Karantin rejim qaydalarını pozan kafe aşkarlandı - FOTO

Paytaxtın Pirallahı rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Redaktor.az-ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının Əzizbəyov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, kafenin qapalı kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Sanitar-epidemioloji normalarını pozan 8 nəfər müvafiq polis şöbəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub. Obyektin sahibi barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.