Bakıda itkin düşən azyaşlı tapılıb

Nəsimi rayonunda 2015-ci il təvəllüdlü Emil Nəzərli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Redaktor.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı rayon ərazisindəki parkdan tapılıb.
Uşaq ailə üzvlərinə təhvil verilib.