Bu sahədə çalışanlara karantinlə bağlı VACİB XƏBƏR!

“Xüsusi karantin rejimi təkcə Azərbaycanda deyil, həmçinin dünyada turizm və ticarət sahəsinə ciddi ziyan vurub”.
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov karantin rejiminin vurduğu ziyandan danışarkən deyib. Millət vəkili xüsusi karantin rejiminin yaratdığı bir sıra problemlərdən danışıb:
“5 aydan çoxdur ki, rayonlara gediş-gəliş bağlanıb. İri ticarət mərkəzləri işləmir. İri ticarət mərkəzlərinin işləməməsi orada fəaliyyət göstərən minlərlə sahibkarın iqtisadi vəziyyətini çətinləşdirib. Düzdür, pandemiyanın təsir göstərdiyi sahələrə dövlət dəstəyi göstərilir. Amma mövsümü mallar satan minlərlə sahibkar mövsümlərin dəyişilməsi üzündən nə əlindəki malların satışını həyata keçirə, nə də qarşıdan gələn mövsümlər üçün hazırlıq görə bilir.
Turizm sektoru da eyni çətin vəziyyəti yaşayır. Əsasən turizm mərkəzləri, otellər yay aylarında turist qəbul edir, öz maliyyə durumunu yaxşılaşdırırlar ki, qış aylarında çətinlik olmasın.
İqtisadiyyatın belə sektorları çoxdur, həmin sahələrin fəaliyyətinə icazə verilməlidir".
Mahir Xəttab \ Redaktor.az