Ermənilər Tovuzun kəndini atəşə tutdu - SON DƏQİQƏ

Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.
Redaktor.az-ın məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. //APA




