Sərhədi qanunsuz keçmək istəyən şəxs saxlanıldı

 17:16 25.08.2020     620

Rusiya Federasiyasının Dağıstanla sərhəd ərazisində Azərbaycan vətəndaşı saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, azərbaycanlı Tlyaratinski rayonundakı sərhəd ərazidən Rusiyaya keçmək istəyib.

Daha əvvəl həmin şəxs soyğunçuluqda ittiham edilib. Cəzasını çəkdikdən sonra 2020-ci ilin əvvəlində Rusiyadan çıxıb. Rusiya Federasiyasının müvafiq orqanlarının qərarı ilə 2028-ci ilə qədər onun Rusiya ərazisinə girişinə qadağa qoyulub.