Abşeronda yol qəzası oldu, xəsarət alan var

 21:43 25.08.2020     475

Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Aslanov Seyidağa Tahir oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.