Azərbaycanda koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

 23:47 25.08.2020     412

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 612 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 885 279 test aparılıb. Aktiv xəstə sayı 1 848 nəfərdir, onlardan 161 nəfər reanimasiyadadır, 20 nəfər isə süni tənəffüs aparatına qoşulub.