Füzulidə ev yanıb, yataq xəstəsi xilas edilib

 09:05 26.08.2020     466

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 142 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər (yataq xəstəsi) yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.