Azərbaycan Mərkəzi Bankı sığortaçı axtarır

 09:36 26.08.2020     757

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.

Redaktor.az xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 15-i, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 24-ü, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.

Tenderin nəticəsi sentyabrın 24-də, saat 12:00-da portalda açıqlanacaq. //Report.az