Balakəndə ev yandı - FHN

 10:26 26.08.2020     363

Balakən rayonunun Qabaqçöl qəsəbəsində ev yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, ümumi sahəsi 120 kvadrat metr olan köməkçi tikilinin taxta konstruksiyalardan ibarət tavanı 60 kvadrat metr sahədə və içərisində ev əşyaları külə dönüb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.