Oğuzda dörd qumbara tapılıb - FOTO

 10:34 26.08.2020     1218

Oğuz rayonunun Bucaq kəndi ərazisində qumbara tapılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Bucaq kəndi ərazisində iki ədəd bağlamanın içində dörd ədəd qumbara və partladıcı müəyyən edilərək götürülüb. 

Polis əməkdaşları tərəfindən ərazi dərhal mühafizəyə alınıb və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları dəvət ediliblər. 

Agentliyin mütəxəssisləri tərəfindən götürülən partladıcılar və dörd ədəd F-1 əl qumbarası zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.