SON DƏQİQƏ: Azərbaycanda nazirlik binasında yanğın - VİDEO / YENİLƏNİB

 11:39 26.08.2020     5655

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112 - Qaynar Xətt”inə məlumat daxil olub.

FHN-dən Redaktor.az-a bildirilib ki, əraziya Dövlət Yanğından Mühafizə  Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

11:51 (Yenilənmə)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.

Redaktor.az-ın xəbərinə görə, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.

Nazirliyin əməkdaşları binadan təxliyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb. //Report