Bakıda qızların gecə klubundan biabırçı canlı yayımı - Karantini pozdular və... / VİDEO

 13:50 26.08.2020     6832

Bakıda yerləşən gecə klublarının birində karantin rejiminin qaydalarını pozan şəxslərin videosu yayılıb.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə canlı yayımlanan görüntülərdə bir qrup gəncin sosial məsafə və digər karantin qaydalarına məhəl qoymadan əyləndiyi görülür.

Sözügedən görüntüləri təqdim edirik:

Metro ilə bağlı YENİ XƏBƏR

 14:10 26.08.2020     6044

Metronun işləməməsi ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərini çətin vəziyyətə salıb. Səhər işə, axşam evinə tələsən insanlar avtobuslarda basabasda gedib-gəlir. Virusun yayılmasının qarşısını almaq üçün maska taxılması isə dolu avtobuslarda gülünc tədbir mahiyyətindən uzağa getmir.

Maskaların əksəriyyəti çənənin altında olur. Ağız-burnunu örtənlər də hər 5-10 dəqiqədən bir maskanı aşağı çəkib çiyər dolusu nəfəs alır və bütün sərnişinlərə çatacaq qədər hava buraxır. Bir sözlə, avtobuslarda vəziyyət acınacaqlıdr. Avtobusların sayının nə qədər çox olduğunu deyə bilmərik. Amma gec-gec və qapısına kimi dolu gəlirlər.

Buna görə də əhali metronun açılmasını dördgözlə gözləyir.

Bəs metronun sentyabrın 1-dən açılma ehtimalı varmı?

Hazırlıqla bağlı quruma tapşırıq verilbmi?

Redaktor.az xəbər verir ki, "Lent.az" -ın mövzu ilə bağlı sualına cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun açılması ilə bağlı qərarın quruma aid olmadığını xatırladıb.

Əlavə edib ki, bu günə hələ ki heç nə deyilməyib: "Metroda iş elə qurulub ki, adi rejimdə hərəkəti təmin etmək üçün bütün infrastruktur hazır vəziyyətdə saxlanılır.

Adi iş rejimi üçün məcburiyyət yaransa, metronun bir gün ərzində fəaliyyətə başlamasında problem olmaz. Təbii ki, daha rahat işi təmin etmək üçün adi iş rejimi qaydasında 2-3 gün əvvəl olsa, hər şeyi rahat təmin etmək olur. Çünki metroda müəyyən təlimat və digər normativ tələblərin, texniki-istismar qaydalarının şərtlərinə uyğun əmrlər, tapşırıqlar verilir. Lakin yenə də deyirəm ki, adi iş rejiminə metro hazır saxlanılır”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə suala cavab olaraq deyib ki, bu barədə məlumatı yoxdur.

Xırdalanda binada yanğın - Sakinlər təxliyə edildi

 14:14 26.08.2020     5976

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Küçədə aktrisaya hücum - 500 mini oğurlandı

 14:41 26.08.2020     5872

Aktrisa Günnur Adıgüzelə küçədə hücum ediblər.

Redaktor.az xəbər verir ki, hadisə İstanbulun Şişli səmtində baş verib.

Bankdan çıxan Günnura tanımadığı biri hücum edib və 500 min lirəsini oğurlayıb. //Axsam.az

Ramiz Mehdiyev daha bir SƏHV etdi - AMEA-nın saytı, yoxsa...?!

 14:32 26.08.2020     11397

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev karantin qaydalarını pozaraq nəvəsinə toy keçirməsi günlərdir müzakirə mövzusuna çevrilib.  

Bir sıra millət vəkilləri, jurnalistlər, politoloqlar Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq toy etməsini tənqid edir, bunu dövlətin qanunlarına qarşı hörmətsizlik kimi qiymətləndirirlər.

Bütün bu tənqidlərə R. Mehdiyev rəhbəri olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında cavab verib. Hətta o, onu tənqid edən şəxslərin bir-bir adlarını qeyd edərək, onları məhkəməyə verəcəyini bildirib.

Bəs, AMEA kimi vacib qurumun rəsmi saytında bu formada açıqlamaların verilməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı bu hallın bir ilk olduğunu bildirib:

“İndiyə qədər qarşılaşmadığımız haldır. AMEA-nın rəsmi saytında elmi yenilik, Akademiyaya dair xəbər və məlumatlar yayılmalıdır. Ora AMEA prezidentinin şəxsi haqq-hesabını həll edəcəyi müstəvi olmamalıdır”.

“Yeni Çağ” saytının rəhbəri Aqil Ələsgər bu halın yolverilməz olduğunu bildirib:

“Ramiz Mehdiyev AMEA-nın rəsmi saytının “Elanlar” bölümünü öz açıqlamaları ilə doldurmayana qədər mütləq əksəriyyət Elmlər Akademiyasının saytının olub-olmamasından xəbərsiz idi. Bu gün Ramiz Mehdiyevin AMEA-nın rəsmi saytından şəxsi məqsədləri üçün istifadə etməsi yolverilməzdir".

Media eksperti Qulu Məhərrəmli Ramiz Mehdiyevin AMEA-nın rəsmi saytında şəxsinə yönəlmiş ittihamlara cavab verməsini normal hesab edir:

“R. Mehdiyevin Akademiyanın saytında açıqlama verməsi, kimlərisə ittiham etməsi, mahiyyət etibari ilə qanuna zidd deyil. Çünki o, AMEA-nın prezidentidir və özü ilə bağlı hər hansısa açıqlamanı akademiyanın rəsmi saytında dərc edə bilər. Lakin əgər o, gələcəkdə də saytı özünün piyarına, hücum platformasına çevirsə, bu, etikaya və saytın mahiyyətinə uyğun olmaz. Həm də R. Mehdiyev başa düşməlidir ki, akedemiyanın rəsmi saytının şəxsi məqsədləri üçün istifadə edə bilməz. Hesab edirəm ki, R. Mehdiyev bir ictimai şəxs kimi bunu nəzərə almalıdır. Çünki o, təkcə özünü yox, AMEA-nın da imicini düşünməlidir”.

Mahir Xəttab \ Redaktor.az