Nazir müavinindən karantin rejimi ilə bağlı AÇIQLAMA

 16:22 26.08.2020     893

Azərbaycanda karantin rejimi ilə bağlı müxtəlif yumşaldılmalar aparılıb.

Redaktor.az xəbər verir ki, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, yaxın vaxtlarda növbəti qərarların verilməsi istisna edilmir.

“Biz oturub məsləhətləşirik. Müsbət və mənfi tərəfləri araşdırırıq. Bundan sonra qərar qəbul edirik. Operativ Qərargahda müzakirə edilsin, ondan sonra əhaliyə məlumat veriləcək”, – deyə V. Qasımov qeyd edib.

Nazir müavini həmçinin müxtəlif KİV və sosial şəbəkələrdə yazılan yalan məlumatlara inanmamağa çağırıb. Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı qərarlar yalnız Operativ Qərargahın qərarlarından asılı ola bilər. //Qazet.az