Avtomobil yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü

 23:28 26.08.2020     281

Bərdə rayonunda bədbəxt hadisə baş verib.  

Redaktor.az xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Həsənov Niyaməddin Mübariz oğlu kənd ərazisində yerləşən avtoyuma məntəqəsində işləyərkən anidən onu elektrik cərəyanı vurub. N. Həsənov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. //Report.az