Tovuz sakini kürək nahiyəsindən bıçaqlanıb

 23:41 26.08.2020     527

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Kirən kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü İsayev Elnur Cəmil oğlu kürək nahiyəsinin və qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 24 yaşlı gənc tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. //APA