Masazırda iki avtomobil toqquşub, qadın yaralanıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Mahmudova Aynur Sadiq qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. //Report.az