Azərbaycanda vəzifəli şəxsə cinayət işi AÇILIB

 10:24 27.08.2020     1177

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Göyçay rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla cari ilin fevral ayında Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

SON DƏQİQƏ! Azərbaycanda obyektlər yandı - FOTO

 20:18 26.08.2020     1930

Şirvan şəhərində ticarət obyektlərində yanğın baş verib.

Redaktor.az-ın məlumatına görə, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən ərzaq mağazasının dam örtüyündə qısa qapanmadan yaranan yanğın tez bir zamanda ona bitişik aptek və məişət avadanlığı satılan mağazanın dam örtüyünə keçib.

Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər obyektlərə yayılmasının qarşısı alınıb. Yanğın zamanı 70 kv/m ərazidə dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır. //APA

22222
Vumart və Güvən reklamı Vumart Güvən