Lerikdə avtomobil aşıb - ÖLƏN VAR

 12:36 27.08.2020     3912

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, avqustun 26-da saat 18.00 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən