Xızıda dağlıq ərazidə yanğın - İki helikopter cəlb olundu

 14:20 27.08.2020     205

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.