Tovuzda mənzildən 15 min manatlıq oğurluq olub

Tovuz rayonunda oğurluq hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İbrahimhacılı kənd sakinləri E.Bağırov və A.Məhərrəmov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.