Reanimasiyadakı xəstələrinin sayı - KORONAVİRUS

 16:39 27.08.2020     704

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1956-dır. 

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 148, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 17-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 min 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 min 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1956 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6422, ötən müddət ərzində isə ümumilikdə 898 min 492 test aparılıb.