SON DƏQİQƏ: Bakıda vəkil intihar etdi

 16:48 27.08.2020     579

Azərbaycan Vəkillər Kollegiyasının üzvü özünü asaraq öldürüb.

Redaktor.az-ın məlumatına görə, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.

Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü N. Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı. //Report.az